SON XƏBƏRLƏR

Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi

2026.08.23, 15:50
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi

Gunaz.tv

Güney Azərbaycan fəalı Yusif Səlahşur elektron qolbaqdan istifadə ilə bağlı müraciətinin rədd edilməsindən sonra bir il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Şərqi Azərbaycan əyaləti Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinin qərarına əsasən, onun “İslam Respublikası əleyhinə təbliğat” və “ictimai asayişi pozmaq” ittihamları üzrə bir illik həbs cəzası olduğu kimi təsdiqlənərək qəti qüvvəyə minib.

Məhkəmə əlavə cəza olaraq Yusif Səlahşura iki il müddətinə ölkədən çıxış qadağası və iki il müddətinə sosial mediada fəaliyyət qadağası da tətbiq edib.

Yusif Səlahşurun işi beş il əvvəl Təbrizdə keçirilən etiraz aksiyalarına gedib çıxır. O, öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik əməkdaşları saxlanma zamanı onun bəzi şəxsi əşyalarını da müsadirə ediblər.

Səlahşur həmin il Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında və şəhərin Mərkəzi Həbsxanasında təxminən 20 gün saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

GünAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar