SON XƏBƏRLƏR

İran televizyasında Trampın oğunu öldürməyə çağırış edilib

2026.08.24, 08:29
İran televizyasında Trampın oğunu öldürməyə çağırış edilib

İranın Kanal 3 televizyası “Barron Trampı harada öldürmək olar?” adlı video yayımlayıb.

Gunaz.tv

Videoda kəşfiyyat məlumatları vasitəsilə Donald Trampın kiçik oğlu Barron Trampın Vaşinqtondakı yaşayış yerinin təfərrüatlarının, gündəlik səyahət marşrutlarının və ABŞ gizli xidmətinin mühafizə mexanizminin müəyyən edildyi iddia edilib.

B.Trampın universitetinin yerini, taktiki müşayiət maşınlarını və şəxsi mühafizəçilərin yerləşdirilməsini göstərən videoda iddia edilir ki, yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq, onun hərəkətləri diqqətlə izlənilib. 

Kanal 3 ABŞ Prezidentinin oğlunun öldürülməsi üçün “10 milyon dollar mükafat” vəd edildiyini bildirib.

Mükafatın hansı qurum tərəfindən nəzərdə tutulduğu barədə açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar