SON XƏBƏRLƏR

Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus aclıq aksiyasına başladı

2026.08.24, 10:16
Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus aclıq aksiyasına başladı

Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Babək Dadbəxş avqustun 23-dən aclıq aksiyasına başlayıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Ejeiyə yazdığı məktubda tələblərinin yerinə yetirilməməsi və hüquqlarının pozulmasına etiraz olaraq aksiyaya başladığını bildirib.

Siyasi məhbus məktubunda "səsini eşitdirmək" üçün aclıq aksiyasına başladığını və etirazlarını etibarlı məhkəmə rəsmisi vasitəsilə məhkəmə sisteminin ən yüksək vəzifəli şəxslərinə çatdırmaq istədiyini yazıb.

Dadbəxş həmçinin "əfv, güzəşt, cəzanın azaldılması və ya azadlığa səbəb olacaq hər hansı bir güzəşt" istəmədiyini və bunun əvəzinə "etibarlı, bacarıqlı, ekspert və məhkəmə məsələləri üzrə mütəxəssis" ilə danışmaq istədiyini bildirib.

Azərbaycanlı məhbus məktubuna Ərdəbil əyalətində tələblərini bölüşə biləcəyi bu xüsusiyyətlərə malik "etibarlı" bir şəxsin olub-olmadığını soruşub. O, həmçinin etibarlı məhkəmə rəsmisi ilə danışmaq mümkün olana qədər aclıq aksiyasına davam edəcəyini yazıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları Babək Dadbəxşi 2018-ci ilin noyabr ayında Tehranda həbs ediblər.

"Müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq, silah saxlamaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq"da günahlandırılan azərbaycanlı məhbus 43 il azadlıqdan məhrum edilib.

O, həbs olunmazdan əvvəl evli və iki uşaq atası olub, həbs edildikdən sonra qəza nəticəsində həyat yoldaşı və bir övladı həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar