SON XƏBƏRLƏR

Tehranda bir neçə yanacaqdoldurma məntəqəsi bağlandı

2026.08.25, 17:25
Tehranda bir neçə yanacaqdoldurma məntəqəsi bağlandı

Gunaz.tv

Tehranda bir neçə yanacaqdoldurma məntəqəsinin bağlanması uzun növbələrə səbəb olub.

GünAz TV-nin məlumatına görə; sosial şəbəkələrdə yayılan məlumat və videolarda Tehranda bir sıra yanacaqdoldurma məntəqələrinin bağlandığı və onların qarşısında uzun növbələrin yarandığı bildirilir.

İranın “Xəbər Online”, “Tələbə Xəbər Agentliyi” və “Əsre İran” kimi bəzi daxili media qurumları da Tehranda bir neçə yanacaqdoldurma məntəqəsinin bağlandığını təsdiqləyib.

Milli Neft Məhsullarının Paylanması Şirkətinin Tehran üzrə rəhbəri Fereydun Yasəmi bir neçə yanacaqdoldurma məntəqəsinin bağlandığını təsdiqləyərək deyib: “Tələbatın qəfil artması və yolların hərəkət sıxlığı” yanacaq yüklərinin göndərilməsində gecikməyə, məhdud sayda məntəqədə benzinin tükənməsinə və həmin məntəqələrin bir neçə saatlıq bağlanmasına səbəb olub.

Yasəminin sözlərinə görə, son günlər Tehranda benzinin paylanması 30 faiz artıb. O iddia edib: “Tehranın yanacaqla təminatı sabit şəkildə davam etdirilir.”

 

GünAz TV
R.G

 

İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı

2026.08.13, 09:26

İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar