SON XƏBƏRLƏR

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

2026.08.26, 00:14
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür.

Gunaz.tv

26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də nəzarətə götürülüb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb.

Qısa müddət ərzində həm Laçın şəhərində, həm də Zabux və Sus kəndlərində tikinti və yenidənqurma işlərinə başlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb.

Sərəncama əsasən, 26 avqust - Laçın şəhəri günü təsis olunub. Şəhər günləri təntənəli şəkildə qeyd olunur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar