SON XƏBƏRLƏR

“Urmiyanın qədim məhəllələri” adlı dəyərli kitab nəşr olunub

2026.08.27, 13:32
“Urmiyanın qədim məhəllələri” adlı dəyərli kitab nəşr olunub

Azərbaycan və Urmiya tarixi üzrə tanınmış tədqiqatçı, tarixçi Dr. Tahir Şəfiipur Yurdşahinin müəllifi olduğu “Urmiyanın qədim məhəllələri” kitabı nəşr olunub.

Gunaz.tv

Bu əsər, şübhəsiz ki, Azərbaycanın bu doğma şəhəri olan Urmiyanın tarixi yaddaşının qorunması istiqamətində mühüm addımdır. “Urmiyanın qədim məhəllələri” şəhərin məhəllələrinə müstəqil şəkildə həsr olunmuş ilk kitabdır və bu baxımdan özünəməxsus əhəmiyyət daşıyır.

Tarixi və sahə araşdırmalarına əsaslanan bu tədqiqat şəhərin xatirələrlə dolu küçə və dalanlarında gizlənmiş kimliyin hərtərəfli mənzərəsini təqdim edir. İndiyədək bu mövzuya dair belə geniş və müstəqil araşdırma aparılmamışdı.

Kitab Tuğrul nəşriyyat-mətbəəsi tərəfindən 286 səhifə həcmində, roman formatında nəşr olunub.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar