SON XƏBƏRLƏR

Silahlı Qüvvələrin sözçüsü: Xaricdə fəaliyyət göstərən farsdilli media hərbi hədəfdir

2026.08.27, 14:31
Silahlı Qüvvələrin sözçüsü: Xaricdə fəaliyyət göstərən farsdilli media hərbi hədəfdir

İran İslam Respublikasının Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkərçi xaricdə fəaliyyət göstərən farsdilli media qurumlarını “düşmən” adlandıraraq, bu təşkilatlarda çalışan şəxslərin rejimin “hərbi hədəflər siyahısına” daxil edilə biləcəyini bildirib.

Gunaz.tv

Şəkərçi avqustun 26-da “Defa Press”in xarici dillərdəki səhifələrinin təqdimat mərasimində çıxış edərkən heç bir sübut təqdim etmədən iddia edib ki, İrandan kənarda fəaliyyət göstərən media qurumları birbaşa Mossad, CIA və düşmən ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqəlidir və onlardan “əməliyyat göstərişləri və logistik dəstək” alırlar.

İran İslam Respublikasının hərbi və təhlükəsizlik rəsmiləri daha əvvəl də xaricdə fəaliyyət göstərən farsdilli media qurumlarını xarici hökumətlər və kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə ittiham edib və bu qurumlarda çalışan jurnalistlərə qarşı təhdidlər səsləndiriblər.

Bundan əlavə, son aylarda İran məhkəmə sistemi xaricdə yaşayan iranlı jurnalistlərin ailə üzvlərinə məxsus əmlakları geniş şəkildə müsadirə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar