SON XƏBƏRLƏR

Əraqçı bölgə ölkələrini ittiham etdi - İrana hücumda...

2026.08.28, 09:19
Əraqçı bölgə ölkələrini ittiham etdi - İrana hücumda...

Yaxın Şərqdəki mövcud vəziyyətə səbəb ABŞ və İsrailin apardığı siyasətdir.

Gunaz.tv

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.

O, ABŞ-nin İrana hücumları, eləcə də sanksiyaları həyata keçirmək üçün Körfəz ölkələrinin (Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman) ərazisi və imkanlarından istifadəyə qarşı çıxıb:

"Təəssüf ki, ABŞ və İsrail bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib və Hörmüz boğazında qeyri-sabitlik yaranıb".

Görüşdə Al Tani Qətərin təhlükəsizlik və sabitliyi qorumaqla bağlı prinsipial mövqeyinə işarə edərək, regionda gərginliyin azaldılması üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Qətərin Baş naziri İrana səfəri çərçivəsində bu ölkənin Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə də görüşüb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar