SON XƏBƏRLƏR

İranda etirazçıların cəzaları sərtləşdirilir

2026.08.28, 11:53
İranda etirazçıların cəzaları sərtləşdirilir

İran məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Möhsüni Ejeinin etirazçılara qarşı cəzaların sərtləşdirilməsi barədə bəyanatından sonra yanvar etirazları zamanı həbs edilənlərin həbs müddəti artırılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bu qəbildən olan hökmlərdən biri də yanvar ayında etiraz aksiyasında Tehranda həbs eilən Məhəmməd İbrahimi barədə çıxarılıb.

Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi adı çəkilən etirazçını "düşmən ölkəyə dəstək hərəkətləri" ittihamına görə 20 il azadlıqdan məhrum edib.

Elm və Mədəniyyət Universitetinin rəssamlıq fakültəsinin məzunu olan M.İbrahimi yanvarın 27-də saxlanılıb və Tehranın Evin həbsxanasına köçürülüb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar