SON XƏBƏRLƏR

Mərkəzi əyalətdə daha 30 nəfər həbs edilib

2026.08.28, 15:43
Mərkəzi əyalətdə daha 30 nəfər həbs edilib

İranın Mərkəzi əyalətinin Məhəllat və Nimvər şəhərlərində daha 30 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran televizyası Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Həmin şəxslərin yanvar etirazlarına görə saxlanıldıqları bildirilib.

Onlar "dövlət və ümumi əmlaka zərər vurmaq", "mağaza, yaşayış yerləri, avtobuslar və məscidləri yandırmaq"da günahlandırılıblar.

Həbs olunanların kimliyi və harada saxlanıldıqları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, insan haqları təşkilatları yanvar etirazlarına görə 50 mindən çox şəxsin həbs edildiyini iddia edirlər.

Rəsmi dövlət mediası, saxlanılanların sayının 3000 civarında olduğunu yazsa da, İran məhkəmə hakimiyyəti 10.538 nəfərin məhkəməyə çağırıldığını və 8.843 ittiham aktının çıxarıldığını açıqlayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar