SON XƏBƏRLƏR

İran dünyadan ABŞ-ın yeni sanksiyalarını tətbiq etməməyi istəyib

2026.08.28, 18:33
İran dünyadan ABŞ-ın yeni sanksiyalarını tətbiq etməməyi istəyib

Gunaz.tv

İran Xarici İşlər Nazirliyi dünya ölkələrini ABŞ-ın İrana qarşı yeni sanksiyalarını tətbiq etməməyə çağırıb.

Günaz TV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyi cümə günü ABŞ-ın «İqtisadi təcridetmə əməliyyatı» adlandırdığı yeni siyasəti «qanunsuz» və BMT Nizamnaməsinə zidd hesab edib.

Nazirlik ABŞ-ın yeni sanksiyalarını «dövlət terrorizmi» və «insanlığa qarşı cinayət» adlandıraraq ölkələri Vaşinqtonun bu tədbirlərinin icrasında əməkdaşlıq etməməyə çağırıb.

ABŞ Maliyyə naziri Skott Bessent daha əvvəl bildirmişdi ki, «İqtisadi təcridetmə əməliyyatı»nın məqsədi İranın iqtisadi damarlarını kəsmək və onun ticarət tərəfdaşlarını Tehranla ticarəti davam etdirməklə ABŞ maliyyə sisteminə çıxış arasında seçim qarşısında qoymaqdır.

 

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar