SON XƏBƏRLƏR

Pezeşkian İranda benzin qiymətlərinin artırılacağına işarə edib

2026.08.29, 09:18
Pezeşkian İranda benzin qiymətlərinin artırılacağına işarə edib

Hökumət mövcud subsidiyalı limitlərdən artıq alınan benzinin qiymətini litr üçün 10 min tümənə qaldırmağı planlaşdırır.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. 

O, qərarın nə vaxt qüvvəyə minəcəyinin hələ müəyyənləşdirilmədiyini deyib.

Pezeşkian dövlət televiziyasına müsahibəsində bildirib: “Mövcud limitlərdən kənarda olan üçüncü səviyyə üzrə benzinin qiymətini, məsələn, 5 min tüməndən 10 min tümənə qaldırmaq istəyirik.”

 

Pezeşkian bildirib ki, qərarın elan edilməsindən əvvəl hökumət onun vaxtını və icra mexanizmini parlament və məhkəmə sistemi ilə koordinasiya edəcək.

Prezident həmçinin müharibə zamanı idxal marşrutlarının bloklanması səbəbindən İranın benzin təchizatında çətinliklərlə üzləşdiyini deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar