SON XƏBƏRLƏR

İranda dollar 206 min tüməni keçdi

2026.08.29, 22:32
İranda dollar 206 min tüməni keçdi

İranda dollar yenidən rekord həddə çatıb.

Gunaz.tv

ABŞ dollarının İranda sərbəst bazardakı məzənnəsi şənbə günü, avqustun 29-da yenidən artaraq 206 min tüməni keçib.

Xəbər hazırlanarkən valyuta məzənnələrini açıqlayan saytlar dolların qiymətini təxminən 206 min 400 tümən göstərib. Bəzi məlumatlara görə, şənbə günü ticarət saatlarında dolların qiyməti hətta 207 min tüməni də keçib.

Dollar çərşənbə günü, bir neçə gün davam edən artımdan sonra təxminən 205 min tümənə çatmış, daha sonra müvəqqəti olaraq 200 min tümənin altına düşərək 199 min tümən ətrafında satılmışdı.

Valyuta məzənnəsinin yenidən artması son həftələrdə ABŞ-ın İrana qarşı iqtisadi təzyiqlərinin güclənməsi və “iqtisadi təcrid” adlandırılan planın başlanması ilə eyni vaxta təsadüf edir. ABŞ ordusunun iyulun 14-dən İrana qarşı tətbiq etdiyi dəniz blokadası da davam edir.

İran Mərkəzi Bankı ötən həftə valyuta məzənnəsinin artmasına cavab olaraq bank şəbəkəsinə 500 milyon dollar nağd pul yeridəcəyini açıqlamışdı.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar