SON XƏBƏRLƏR

İran dosyesi Misir Bankına qədər uzandı | BƏƏ təcili araşdırır

2026.08.30, 08:05
İran dosyesi Misir Bankına qədər uzandı | BƏƏ təcili araşdırır

BƏƏ Mərkəzi Bankı Misir Bankının filialları ilə bağlı təcili araşdırmaya başlayıb.

Gunaz.tv

GünAz TV xəbər verir ki, BƏƏ Mərkəzi Bankı ABŞ Maliyyə Nazirliyinin bu ölkədəki Misir Bankının filiallarına qarşı atdığı addımdan sonra həmin filialların fəaliyyətinin “xüsusi və təcili” araşdırılmasına başlandığını açıqlayıb.

Bu araşdırma ABŞ rəsmilərinin istinad etdiyi dövrdə həyata keçirilmiş əməliyyatların dərindən nəzərdən keçirilməsini əhatə edir.

BƏƏ Mərkəzi Bankı həmçinin vurğulayıb ki, ölkədə fəaliyyət göstərən banklar BƏƏ-nin maliyyə sistemini “kredit riskləri” qarşısında qoymamalı və maliyyə qurumlarından əməliyyatların həyata keçirilməsi üçün istifadə olunan ölkələrin qanunlarına riayət etməlidirlər.

ABŞ Maliyyə Nazirliyi cümə günü açıqlamışdı ki, Misir Bankının BƏƏ-dəki filiallarının İranla apardığı əməliyyatlara görə həmin filialların dollar əməliyyatlarına çıxışının məhdudlaşdırılması istiqamətində tədbirlərə başlayıb.

Misir Bankı da şənbə günü ABŞ Maliyyə Nazirliyinin ABŞ maliyyə qurumlarının dollar üzrə müxbir bank xidmətlərini BƏƏ-dəki bu bankın filiallarına məhdudlaşdırması ilə bağlı bildirişini araşdırdığını açıqlamışdı.

 

GünAz TV
R.G

Misirin BƏƏ-dəki bankının dollar xidmətləri dayandırılacaq

2026.08.29, 18:30

Misirin BƏƏ-dəki bankının dollar xidmətləri dayandırılacaq

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar