SON XƏBƏRLƏR

İsrail Dəməşq ətrafını atəşə tutdu

2026.08.30, 09:01
İsrail Dəməşq ətrafını atəşə tutdu

Gunaz.tv

GünAz TV xəbər verir ki, İsrail ordusu şənbə günü axşam Dəməşqin cənub-qərbində, Hermon dağı yaxınlığında yerləşən Beyt-Cin qəsəbəsinin ətrafını üç artilleriya mərmisi ilə atəşə tutub.

Bu ərazi daha əvvəl də İsrailin oxşar hücumlarına məruz qalıb. Cümə günü də Beyt-Cin yaxınlığındakı “Bət əl-Vərda” təpəsinin əkin sahələrinə iki artilleriya mərmisi düşüb. Hücum nəticəsində heç bir zərər dəyməyib.

Bu hücumların təkrarlanması İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyətinin artdığı, Qüneytrə və Dəraa bölgələrində artilleriya hücumları və İsrail qüvvələrinin quru müdaxilələrinin baş verdiyi bir vaxtda həyata keçirilir.

Beyt-Cin qəsəbəsi Dəməşqin cənub-qərbində, Hermon dağının ətəklərində və İsrailin nəzarətində olan Qolan yüksəkliklərinin yaxınlığında yerləşir.

İsrail Suriyanın cənubunu təhlükəsizlik baxımından nəzarətdə saxlamaq və Beyt-Cini potensial təhlükəsizlik təhdidi olan ərazi kimi qiymətləndirir.

Son həftələrdə İsrailin Suriyanın cənubundakı hərbi əməliyyatları artıb. Eyni zamanda, gərginliyin azaldılması məqsədilə İsrail və Suriya arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqlar davam edir.

Bət əl-Vərda təpəsi hərbi baxımdan əhəmiyyətlidir. Çünki bu ərazi müşahidə, qüvvələrin yerləşdirilməsi, silahlı qrupların hərəkətləri və İsrailin nəzarətində olan ərazilərə yaxın mövqe yaradılması üçün istifadə oluna bilər.

 

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar