SON XƏBƏRLƏR

ABŞ səfirliyi: Hizbullah İrandan əmr alır

2026.08.30, 09:35
ABŞ səfirliyi: Hizbullah İrandan əmr alır

Gunaz.tv

GünAz TV xəbər verir ki, ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı siyasi dalanın səbəblərindən birinin Hizbullahın dialoqa qarşı çıxması və “İrandan birbaşa əmr alması” olduğunu bildirib.

ABŞ səfirliyi vurğulayıb ki, Hizbullah Livanın və bu ölkə xalqının maraqlarını prioritetə çevirməli, bu qrupun tərksilah olunmasını isə siyasi prosesin başlanması üçün əsas şərt kimi qiymətləndirib.

Səfirlik bildirib ki, yalnız Hizbullah silahlarını təhvil verməyə hazır olduğunu bəyan etdiyi halda, bu qrupla Livan hökuməti arasında danışıqların aparılması mümkün olacaq və Vaşinqton da tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylər göstərə bilər.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar