SON XƏBƏRLƏR

İran prezidentinin oğlu: Həyatımız uranın zənginləşdirilməsindən asılı deyil

2026.08.30, 17:39
İran prezidentinin oğlu: Həyatımız uranın zənginləşdirilməsindən asılı deyil

Gunaz.tv

GünAz TV xəbər verir ki, İran prezidenti Məsud Pezeşkianın oğlu və müşaviri Yusif Pezeşkian ölkənin nüvə proqramı ilə bağlı açıqlamasında deyib: “Həyatımız zənginləşdirmədən asılı deyil. Zənginləşdirməsək, ölmərik.”

O, zənginləşdirməyə qarşı olmadığını vurğulayaraq yazıb: “Mən zənginləşdirməyə qarşı deyiləm. Milli Təhlükəsizlik Ali Şurası və Rəhbər nə qərar versələr, tabe olacağam.” O, eyni zamanda qərarların fayda və zərərlərinin qiymətləndirilməsini istəyib.

Pezeşkian həmçinin bildirib ki, İranın daha mühüm texnologiyaları var və bunlar olmadan ölkənin təhlükəsizliyi və idarəçiliyi problemlə üzləşə bilər, lakin bu sahələr üzrə heç bir proqram yoxdur.

Bu açıqlamanın hökumətə, xüsusilə də Pədidari cərəyanına qarşı olan qüvvələrin reaksiyasına səbəb olacağı gözlənilir. Yusif Pezeşkianın siyasi və dövlət məsələləri ilə bağlı əvvəlki açıqlamaları da İranın siyasi mühitində mübahisələrə səbəb olub.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar