SON XƏBƏRLƏR

ABŞ İranın cənubuna zərbə endirdi; SEPAH qüvvələrinin öldüyünü təsdiqlədi

2026.08.30, 23:51
ABŞ İranın cənubuna zərbə endirdi; SEPAH qüvvələrinin öldüyünü təsdiqlədi

Gunaz.tv

GünAz TV xəbər verir ki, Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) şənbə günü Hörmüz boğazına daxil olarkən Omanının Xəsəb şəhərindən təxminən 22 kilometr şimalda bir neft tankerinin “naməlum mərmi” ilə vurulduğunu bildirib.

Eyni vaxtda “Axios” ABŞ rəsmisinə istinadən ABŞ qüvvələrinin İranın Lark adasında iki raket qurğusunu hədəfə aldığını bildirib. Həmin rəsmiyə görə, SEPAH qüvvələri Hörmüz boğazına dəniz minaları daşıyan raketləri atmağa hazırlaşırdı.

“Fars” xəbər agentliyi də Lark adası ətrafında partlayış səsi eşidildiyini bildirib və partlayışın dəqiq yeri və səbəbinin araşdırıldığını qeyd edib.

SEPAH bazar günü axşam yaydığı bəyanatda Lark adasında hərbi hücuma məruz qaldığını təsdiqləyib və bu hücumda ABŞ və İsraili məsul tutub. SEPAH həmçinin qüvvələri arasında ölən və yaralananların olduğunu açıqlayıb və hücuma cavab veriləcəyini bildirib.

Lark adasına hücumla Hörmüz boğazında neft tankerinin vurulması arasında əlaqə hələlik müstəqil şəkildə təsdiqlənməyib.

 

GünAz TV
R.G

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar