SON XƏBƏRLƏR

İranın mərkəzi bölgələrindən naməlum istiqamətlərə raketlər atılıb?

2026.08.31, 08:05
İranın mərkəzi bölgələrindən naməlum istiqamətlərə raketlər atılıb?

Gunaz.tv

GünAz TV xəbər verir ki, İrana yaxınlığı ilə tanınan “Tabnak” saytı bazar ertəsi, avqustun 31-də səhər saatlarında bəzi mənbələrə istinadən İranın mərkəzi bölgələrindən naməlum istiqamətlərə raketlər atıldığını bildirib.

Media qurumu mənbələrin kimliyi, raketlərin dəqiq atıldığı yer, ehtimal olunan istiqaməti və ya növü barədə əlavə məlumat verməyib.

Bu xəbər ABŞ qüvvələrinin Lark adasında SEPAH-a məxsus iki raket buraxılış qurğusuna zərbə endirməsindən bir neçə saat sonra yayımlanıb. SEPAH hücumu təsdiqləyərək ABŞ qüvvələrinin bu addımına cavab olaraq “cəzalandırılacağını” açıqlamışdı.

İndiyədək İranın mərkəzi bölgələrindən raket atıldığı barədə iddianı təsdiqləyən müstəqil məlumat yayılmayıb.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar