SON XƏBƏRLƏR

İran İordaniyaya raketlə hücum edib

2026.08.31, 08:35
İran İordaniyaya raketlə hücum edib

Gunaz.tv

GünAz TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda SEPAH tərəfindən atılan raketlərin İordaniya səmasında vurularaq zərərsizləşdirildiyi görünür.

ABŞ mənbəsi “Fox News”a bildirib ki, İranın son hücum dalğası zamanı atdığı raketlərin demək olar ki, hamısı havada ələ keçirilib. Mənbə raketlərin sayı, onların harada ələ keçirildiyi və mümkün zərər barədə əlavə məlumat verməyib.

Eyni zamanda, “Fox News”un müxbiri sosial şəbəkə X-də ABŞ mənbəsinə istinadən İranın İordaniyada yerləşən ABŞ qüvvələrini hədəfə aldığını bildirib. Hücumun yeri, istifadə olunan silahların növü, mümkün itki və zərər barədə məlumat verilməyib.

Bu məlumatlar İran hökumətinə yaxın media qurumları, o cümlədən “SEPAH xəbərləri” kanalı, “Tabnak” saytı və “Press TV” İranın yeni raket və PUA dalğası həyata keçirdiyini və Hörmüz boğazında ABŞ-a məxsus hədəflərə hücum etdiyini bildirdikdən sonra yayılıb.

ABŞ rəsmiləri İordaniyada bu ölkənin qüvvələrinə qarşı olduğu bildirilən hücumun təfərrüatlarını hələlik rəsmi şəkildə təsdiqləməyiblər.

 

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar