SON XƏBƏRLƏR

Pezeşkian Putinlə görüşəcək

2026.08.31, 12:33
Pezeşkian Putinlə görüşəcək

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan Vladimir Putinlə ayrı-ayrılıqda görüşəcəklər.

Gunaz.tv

Bu barədə Kreml məlumat yayıb.

Məsud Pezşkian Qırğızıstanın Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.

Kremlin açıqlamasına əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Putinlə ayrıca görüşəcək. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü deyil və təşkilatla "dialoq tərəfdaşı" kimi əməkdaşlıq edir.

Kremlin köməkçisi Yuri Uşakov Putinin sammit zamanı ən azı doqquz ikitərəfli görüş keçirəcəyini açıqlayıb. Putinin Pezeşkian və Ərdoğanla görüşlərinin təfərrüatları hələ açıqlanmayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar