SON XƏBƏRLƏR

Besent: ABŞ-ın İrana iqtisadi təzyiqi yaxın aylarda dönüş nöqtəsinə çata bilər

2026.08.31, 18:39
Besent: ABŞ-ın İrana iqtisadi təzyiqi yaxın aylarda dönüş nöqtəsinə çata bilər

Gunaz.tv

GünAz TV xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Besent Vaşinqtonun İrana iqtisadi təzyiqi davam etdirəcəyini və bu kampaniyanın “bir neçə həftə və ya bir neçə ay ərzində” dönüş nöqtəsinə çata biləcəyini bildirib.

Besent Şimali Karolinada keçirilən G20 maliyyə toplantısının kənarında deyib ki, ABŞ G20 tərəfdaşlarını İrana qarşı iqtisadi təzyiqin artırılmasına cəlb etməyə çalışır.

O vurğulayıb ki, bu məqsədə çatmaq üçün müharibə şəraitində İran iqtisadiyyatının mütləq çökməsi tələb olunmur.

Avropa İttifaqı da ABŞ-ın İrana qarşı tədbirlərini dəstəklədiyini bildirib. Fransanın maliyyə naziri Vaşinqtonun sanksiyaların gücləndirilməsi ilə bağlı təkliflərini müzakirə edəcəklərini deyib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar