SON XƏBƏRLƏR

Təbrizli Bərkaya adına görə sənəd verilmir

2026.09.01, 12:29
Təbrizli Bərkaya adına görə sənəd verilmir

Təbriz vətəndaşlıq qeydiyyatı idarəsi 7 aylıq uşağa valideynlərinin seçdiyi "Bərkay" adına görə sənəd verməkdən imtina edir.

Gunaz.tv

Bu haqda Bərkayın valideynləri məlumat yayıb.

Vətndaşlıq qeydiyyat idarəsi həmin adın qəbul olunan rəsmi adlar siyahısında olmadığını bildirir.

Ailə problemin həlli üçün vəkil vasitəsilə məhkəməyə müraciət etsə də, məhkəmə vətəndaşlıq qeydiyyatı idarəsinin lehinə qərar çıxarıb.

Qeyd edək ki, İran vətəndaşlıq qeydiyyat idarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat idarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar