SON XƏBƏRLƏR

Azərbaycanlı Prezidentlərin öz dillərində danışması İranda qəzəblə qarşılanıb

2026.09.01, 15:36
Azərbaycanlı Prezidentlərin öz dillərində danışması İranda qəzəblə qarşılanıb

İran Prezidenti Məsud Pezeşkianın Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Azərbaycan dilində danışmaları mühafizəkar siyasi qanada mənsub bir sıra sosial media istifadəçilərinin narazılığına səbəb olub.

Gunaz.tv

Bu haqda sosial media şəbəkəsinin İran seqmentində paylaşımlar edilib.

Onlar Pezeşkianı təhqir edib və onun ana dilində danışmasını qəzəblə qarşılayıb, bunu "Pezeşkianın vəzifədən uzaqlaşdırılsın" həştəgi ilə paylaşıblar:

"Ağayi Pezeşkian, siz qələt edib beynəlxalq görüşdə türk dilində danışırsınız. Ölkənin rəsmi dövlət dili fars dilidir. Ölkə rəhbəri ərəb dilini mükəmməl bildiyi halda ərəb ölkələrinin nümayəndələri ilə görüşlərində də fars dilində danışıdrdı".

Azərbaycanlı istifadəçilər isə iki Prezidentin Azərbaycan dilində danışığını təqdir edib, bunun Azərbaycan Respublikası və İranda yaşayan azərbaycanlılar arasında mədəni və mənəvi bağların möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar