SON XƏBƏRLƏR

Bir neft tankeri Hörmüzdə hədəfə alındı; neftin qiyməti yüksəldi

2026.09.01, 18:46
Bir neft tankeri Hörmüzdə hədəfə alındı; neftin qiyməti yüksəldi

Gunaz.tv

Yaxın Şərqdə döyüşlərin yenidən başlaması neftin qiymətini bir barel üçün 91 dollardan yuxarı qaldırıb və bölgədə enerji infrastrukturu ilə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Reuters-in məlumatına görə, Brent markalı neftin fyuçers müqavilələri 56 sent bahalaşaraq bir barel üçün 91 dollar 5 sentə, Qərbi Texas neftinin qiyməti isə 83 sent artaraq 86 dollar 59 sentə çatıb. Əvvəlki ticarət sessiyasında Brent 2,7 faiz, Qərbi Texas nefti isə 2,8 faiz bahalaşıb.

Bazarın baş analitiki Tim Waterer bildirib: “Bu hücumlar İranın cavab zərbəsi ehtimalını yenidən gündəmə gətirir” və əlavə edib ki, bu vəziyyət Körfəz ətrafındakı enerji infrastrukturuna zərər dəyməsi riskini və Hörmüz boğazında gəmiçiliklə bağlı qeyri-müəyyənliyi artıra bilər.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi də çərşənbə axşamı bildirib ki, bir neft tankeri Hörmüz boğazından çıxarkən üç mərmi ilə hədəfə alındığını açıqlayıb. Hadisə nəticəsində ölən və ya yaralananlar, eləcə də ekoloji çirklənmə barədə məlumat verilməyib.

Eyni zamanda, Avropada qazın qiyməti üç il yarımdan çox müddətdə ən yüksək səviyyəyə yüksəlib. Fond və istiqraz bazarları da regionda artan gərginliyin təsiri altında qalıb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar