SON XƏBƏRLƏR

İranda hökumət mitinqinə hücum- Ölənlər var

2026.09.02, 09:29
İranda hökumət mitinqinə hücum- Ölənlər var

Ötən gecə Məşhəddə şəxsi minik avtomobilinin İslam Respublikası tərəfdarlarının mitinqin girməsi nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

"Vəkilabad bulvarında yüksək sürətlə hərəkət edən Hyundai avtomobili əvvəlcə paralel zolaqda hərəkət edən Çanqan markalı avtomobillə toqquşub və toqquşmadan sonra Hyundai sürücüsü idarəetməni itirib və hərəkət istiqaməti dəyişərək mitinqçilərin arasına girib",- yol polisinin yaydığı məlumatda deyilir.

Yol polisi sürücünün "qeyri-adi" vəziyyətdə olduğunu bildirsə də, məsələnin təfərrüatı barədə açıqlama verməyib.

Bəzi sosial media kanalları və qeyri-rəsmi məlumatlarda hadisənin bilərəkdən törədildiyi iddia olunub.

Ölənlər və yaralananların arasında "Bəsic" üzvlərinin olduğu bildirilsə də, onların kimliyi barədə məlumat verilməyib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar