SON XƏBƏRLƏR

Qəzvində Azərbaycan komandalarının oyunu 0:0 hesabı ilə başa çatıb

2026.09.02, 12:13
Qəzvində Azərbaycan komandalarının oyunu 0:0 hesabı ilə başa çatıb

İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün beşinci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Qəzvinin "Şəms Azər" komandası qarşılaşıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Məlumata görə, qarşılaşma sentyabrın 1-də yerli vaxtla saat 19:15-də Qəzvin şəhərinin Sərdar Azadeqan stadionunda baş tutub.

Qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Bu nəticə ilə "Traktor" beş oyunda 13 xal qazanaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, Təbriz təmsilçisi bundan əvvəl keçirdiyi dörd oyunda qələbə qazanıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar