SON XƏBƏRLƏR

İranda daha bir siyasi məhbus edam məhkum edildi

2026.09.02, 14:30
İranda daha bir siyasi məhbus edam məhkum edildi

2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı bir gözünü itirən siyasi məhbus Əli Zarei Duzdərəsi edam ediləcək.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsi onu "yer üzündə fitnə yaymaq", "yalan xəbərlər hazırlamaq", "hökumətə qarşı təbliğat aparmaq", "təhlükəsizliyi pozmaq" və "ölkəyə qanunsuz daxil olmaqda günahlandırıb.

Qeyd edk ki, 2022-ci il etiraz aksiyalarından sonra Almaniyaya gedən 27 yaşlı Əli Zarei Duzdərəsi cari ilin 28 aprelində İrana qayıtdığı zaman Tehranda həbs edilib. Bir müddət istintaq təcridxanasında dindirildikdən sonra iyunun 30-da Kərəcin Qızılhisar həbsxanasına köçürülüb. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar