SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İranı SIDR tankerinə hücumda ittiham edib

2026.09.02, 17:10
Səudiyyə Ərəbistanı İranı SIDR tankerinə hücumda ittiham edib

Səudiyyə Ərəbistanı İranı SIDR adlı Səudiyyə tankerinə Hörmüz boğazından keçdiyi zaman hücum etməkdə ittiham edib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Hücum nəticəsində ekipajın iki üzvü ölüb.

"Səudiyyə Ərəbistanının XİN-i İran İslam Respublikasının Hörmüz boğazından keçərkən krallığın SIDR tankerinə etdiyi və gəminin ekipaj üzvlərinin ölümü ilə nəticələnən hücumunu pisləyir", - məlumatda qeyd olunub.

Ər-Riyad həmçinin İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını pisləyib, təhlükəsizlik və suverenliyin təmin edilməsi istiqamətində gördükləri tədbirlərdə bu ölkələrə tam dəstəyini və həmrəyliyini təsdiqləyib.

Səudiyyə Ərəbistanı eskalasiyanın dayandırılmasının, beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə riayət olunmasının və qlobal enerji resursları tədarükünün qorunmasının zəruriliyini vurğulayıb. Krallıq mehriban qonşuluq prinsiplərinə, dövlətlərin suverenliyinə, BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına hörmət etməyə çağırıb.

Ər-Riyad bütün tərəfləri gərginliyin azaldılmasına, beynəlxalq hüquqa riayət etməyə, danışıqlara və sülh yolları ilə həllə qayıtmağa çağırıb.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar