SON XƏBƏRLƏR

Dollar 220 min tüməni keçdi; Besent: İrandan uzaq durun

2026.09.02, 20:35
Dollar 220 min tüməni keçdi; Besent: İrandan uzaq durun

Dolların İranda azad bazar məzənnəsi 220 min tüməni keçib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, ABŞ-ın hücumlarının intensivləşməsi fonunda İranda azad bazarda dolların məzənnəsi 220 min tüməni, avronun məzənnəsi isə 255 min tüməni keçib. BƏƏ dirhəmi də 60 min tüməndən yuxarı qalxıb.

Son iki həftədə İran milli valyutasının əsas xarici valyutalar qarşısında dəyəri daha 10 faizdən çox ucuzlaşıb. “İmamı” qızıl sikkəsinin qiyməti də 224 milyon tümənə çatıb.

Eyni zamanda, ABŞ-ın maliyyə naziri Skott Besent Vaşinqtonun İranın dünya ilə iqtisadi əlaqələrini kəsmək niyyətində olduğunu bildirib. O deyib: “Mənim hər kəsə mesajım budur: uzaq durun.”

Besent həmçinin aviaşirkətlərin, gəmiçilik şirkətlərinin və rəqəmsal aktivlərin yeni sanksiyaların hədəfi ola biləcəyini bildirib və deyib: “Bu şər rejimlə ticarət etməyin.”

Bu arada, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti bir gün əvvəl ölkədə valyuta ehtiyatlarının çatışmazlığı və iqtisadiyyatın çökə biləcəyi barədə iddiaları rədd etmiş, Mərkəzi Bankın bazarı tənzimləmək üçün 2 milyard dollara qədər valyuta satmağa hazır olduğunu bildirmişdi.

 

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar