SON XƏBƏRLƏR

Kanada mühafizəkarlarının lideri SEPAH-a bağlı şəxslərin ölkədən çıxarılmasını tələb edib

2026.09.06, 14:37
Kanada mühafizəkarlarının lideri SEPAH-a bağlı şəxslərin ölkədən çıxarılmasını tələb edib

Kanada Mühafizəkarlar Partiyasının lideri İrana bağlı olduğu şübhə edilən SEPAH əməkdaşlarının Kanadadan çıxarılmasını tələb edib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, partiyanın lideri Pyer Poilievre sosial şəbəkədəki paylaşımında mediada yayılan xəbərlərə istinad edib. Həmin xəbərlərdə İranın keçmiş rəsmisi Həsən Qəfurifərdin oğlu Məhəmmədrza Qəfurifərdin milli təhlükəsizlik araşdırması altında olmasına baxmayaraq, Kanada hökumətindən 2 milyon dollardan çox məbləğdə dövlət müqaviləsi aldığı bildirilir.

Poilievre yazıb ki, həmin şəxs milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən müəyyən edilib və İran rejiminə raket sistemlərinin inkişafında kömək göstərmək, həmçinin SEPAH-ın xeyrinə tədarük və təchizat fəaliyyətləri həyata keçirməkdə ittiham olunduğu üçün araşdırılıb.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar