SON XƏBƏRLƏR

Traktor klubunun sözçüsündən İran Futbol Federasiyasına sərt reaksiya

2026.09.08, 11:25
Traktor klubunun sözçüsündən İran Futbol Federasiyasına sərt reaksiya

Traktoru federasiyadakı totalitar idarəetmənin qarşısında dayandığı üçün əzmək istəyirlər.

Gunaz.tv

Bunu Traktor klubunun İdarə Heyətinin sözçüsü Məhəmmədhəsən Nejad deyib.

İran Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan Traktoruna qarşı düşmənçiliyini davam etdirərək, komandanın meneceri Xudadad Əzizini 4 ay müddətinə futboldan uzaqlaşdırıb. Halbuki əvvəlki oyunda iki komanda arasında gərginliyin və sözlü qarşıdurmanın başlanmasına səbəb olan Gülgöhr Sircana komandasının futbolçusu Omid Ələhşah cəmi 4 oyunluq cəzalandırılıb.

Bunun ardınca Traktor klubunun İdarə Heyətinin sözçüsü Məhəmmədhəsən Nejad  “360” proqramında çıxış edərək, İran futbolunda “totalitar azlığın” mövcudluğundan danışıb. O bildirib ki, bu qrup onilliklər ərzində hakimlikləri və futbolda qərar qəbuletmə prosesini öz inhisarında saxlamağa çalışır.

O əlavə edib ki, Traktor bu gün həmin “totalitarçılığın” qarşısında dayanır və məhz buna görə təzyiqlərə və ağır cəzalara məruz qalır.

Məhəmmədhəsən Nejad həmçinin Traktor futbolçularına qarşı təhqirlərə toxunaraq vurğulayıb ki, əgər söyüş və çərçivədən kənar davranışlar qınanırsa, bu meyar hamıya eyni şəkildə tətbiq edilməlidir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar