SON XƏBƏRLƏR

Qəzvinli Aida Heydəri nişanlısının öldürülməsindən səkkiz ay sonra həyatına son qoyub

2026.09.08, 11:32
Qəzvinli Aida Heydəri nişanlısının öldürülməsindən səkkiz ay sonra həyatına son qoyub

Yanvar etirazlarında həyatını itirən Əbülfəz Süleymani Ələmotinin nişanlısı Aida Heydəri sentyabrın 3-də həyatına son qoyub.

Gunaz.tv

İnsan haqları mənbələri Aida Heydərinin ailəsinə istinadən yazıblar ki, 25 yaşlı gənc qadın nişanlısının öldürülməsindən təxminən səkkiz ay sonra həyatına son qoyub.

Aida Heydərinin ailəsi bildirib ki, Aida və Əbülfəz bu ay toy mərasimlərini keçirməyi planlaşdırırdılar.

27 yaşlı Əbülfəz Süleymani Ələmoti 2026-cı il yanvarın 9-da Qəzvinin Zibaşəhr məhəlləsində keçirilən etirazlar zamanı İran İslam Respublikası qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar