SON XƏBƏRLƏR

Rəşt su altında qaldı; insanlar küçələrdə qayıqla hərəkət edir (Video və Foto)

2026.09.08, 21:28
Rəşt su altında qaldı; insanlar küçələrdə qayıqla hərəkət edir (Video və Foto)

Gunaz.tv

Rəştdə su basmış küçələrdə insanların qayıqla hərəkət etdiyini göstərən görüntülər yayılıb. Güclü yağış şəhərin bəzi hissələrini su altında qoyub.

Rəştdə və şimal bölgələrinin digər şəhərlərində güclü yağışlar küçələrin genişmiqyaslı su basmasına, eləcə də bir sıra yaşayış və ticarət obyektlərinə ziyan dəyməsinə səbəb olub.

Çərşənbə axşamı, sentyabrın 8-də yayılan görüntülərdə Rəştin su basmış küçələri və avtomobillərin suların içindən hərəkət etdiyi görünür. Bəzi ərazilərdə evlərə su dolması barədə də məlumatlar yayılıb.

Gilan Meteorologiya İdarəsinin məlumatına görə, bazar ertəsi axşamından çərşənbə axşamı saat 06:30-dək 144 millimetr yağıntı qeydə alınıb.

Gilan Meteorologiya İdarəsi narıncı xəbərdarlıq elan edərək güclü yağışların davam edəcəyi, çayların daşması, selin yaranması, küçələrin su altında qalması, nəqliyyatın hərəkətində çətinliklər və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Bununla yanaşı, Babolda da su basqınlarının baş verdiyi və şimal bölgələrinin digər şəhərlərində vəziyyətin oxşar olduğu bildirilir.

 

Gunaz TV
R.G

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar