SON XƏBƏRLƏR

İordaniya ordusu İranın 18 raketini zərərsizləşdirib

2026.09.09, 09:13
İordaniya ordusu İranın 18 raketini zərərsizləşdirib

İordaniyanın hava hücumundan müdafiə (HHM) qüvvələri İran ərazisindən krallıq istiqamətində buraxılmış 20 ballistik raketdən 18-ni ələ keçirərək məhv edib.

Gunaz.tv

Bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.

Hərbçilərin məlumatına görə, yerdə qalan iki raket əhalinin yaşamadığı ərazilərə düşüb, hücumlar nəticəsində ölən yoxdur.

"İxtisaslaşdırılmış qruplar raket qalıqlarının düşdüyü yerlərə göndərilib... Hadisələrin inkişafını izləməyə və vəziyyəti qiymətləndirməyə davam edirik", - bəyanatda bildirilib.

Bundan başqa, Suriya ilə sərhədlərdə İrandan atılan çoxlu sayda raketin ələ keçirildiyi barədə məlumatlar daxil olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar