SON XƏBƏRLƏR

ABŞ Mahan Air şirkətinə sanksiya tətbiq etdi

2026.09.09, 11:00
ABŞ Mahan Air şirkətinə sanksiya tətbiq etdi

ABŞ Mahan Air də daxil olmaqla, İran aviasiya sənayesi ilə əlaqəli 27 şirkət və qurumu sanksiya siyahısına salıb.

Gunaz.tv

Bu haqda ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu şirkətlərin bəziləri əvvəllər ABŞ sanksiyalarına məruz qalmayıb.

Yeni sanksiyaların hüquqi əsası və İran tərəfinin cavabı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.

Mütəxəssislərin fikrincə, bu sanksiyalar İslam Respublikası üçün həssas avadanlıqların, maliyyə resurslarının və işçi qüvvəsinin daşınmasını dahada çətinləşdirib və bahalaşdıracaq.

Eyni halda hava və dəniz yollarına eyni vaxtda təzyiq Tehranı daha yavaş, daha bahalı və tutumu daha məhdud olan quru yollarından daha çox istifadə etməyə məcbur edəcək.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar