SON XƏBƏRLƏR

Yəmən ordusu strateji mövqelər və kəndləri husilərdən geri aldı

2026.09.09, 11:31
Yəmən ordusu strateji mövqelər və kəndləri husilərdən geri aldı

Yəmən Silahlı Qüvvələri Mərib vilayətinin şimal və cənub sektorlarında bir neçə mövqeni husilərdən geri alıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, Yəmən ordusu Taiz vilayətinin qərbində (Əl-Kədha) də husilərə qarşı hərbi əməliyyata başlayıb.

Əməliyyat zamanı yeni mövqelər və kəndlərə nəzarət ələ keçirilib. Bölgədə şiddətli döyüşlər gedir, husilərin mövqeləri, toplanış məntəqələri və ehtiyat qüvvələrinə artilleriya və aviasiya zərbələri endirilib.

Dali vilayətinin Mərib rayonunda husilərin mövqelərinə əks-hücum təşkil olunub. Məribin qərbindəki Heylan dağlarına da silsilə hava zərbələri endirilib.

Əl-Beyda vilayətində də strateji mövqelərə nəzarət ələ keçirilib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar