SON XƏBƏRLƏR

Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq

2026.09.09, 19:26
Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq

İsrailin Baş naziri İran hökumətinin devrilməsinə çox yaxınlaşdıqlarını bildirib.

Gunaz.tv

İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 9-da Suriyanın cənubunda İsrail qüvvələrinin mövqelərinə səfəri zamanı deyib: “Hələ görüləsi işlər var; əsas missiya İrandakı terrorçu rejimi devirməkdir. Biz buna çox yaxınlaşmışıq.”

Netanyahu həmçinin bildirib: “Biz heç bir terrorçu ordunun sərhədimizdə yerləşməsinə icazə verməyəcəyik.”

O vurğulayıb ki, sonda “bütün bu ox dağılacaq”.

Netanyahunun bu açıqlamaları İsrailin Bəşər Əsəd hökumətinin süqutundan sonra Suriyanın cənubundakı bəzi əraziləri nəzarətə götürərək onları təhlükəsizlik zonası elan etdiyi bir vaxtda səslənib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar