SON XƏBƏRLƏR

Sinqapur İran təhdidinə görə xəbərdarlıq etdi

2026.09.10, 11:00
Sinqapur İran təhdidinə görə xəbərdarlıq etdi

Sinqapur İranın proksi şəbəkəsini genişləndirmək barədə xəbərdarlıq edib; Kətaib Hizbullah komandiri üç dəfə ölkəyə girməyə cəhd edib.

Gunaz.tv

Bu haqda Sinqapurun Daxili Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, İraqın Kətaib Hizbullah qruplaşmasının yüksək vəzifəli üzvü və İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli şəxs olan Məhəmməd Baqir Səad Davud əl-Səadinin 2023 və 2024-cü illərdə üç dəfə Sinqapur vizası üçün müraciət etsə də ölkəyə girə bilməyib.

Sinqapurun 2026-cı il Terrorizm Təhdidinin Qiymətləndirilməsi Hesabatında deyilir ki, əl-Səadi son illərdə Cənub-Şərqi Asiyaya səyahət edib və bu səfərlərin təhlükəsizlik məqsədləri ola biləcəyinə inanılır. Sinqapur rəsmiləri vurğulayıblar ki, əgər o, yenidən ölkəyə girməyə cəhd etsə, ona girişə icazə verilməyəcək.

Sinqapurun rəsmi hesabatına görə, İnqilab Keşikçiləri Korpusu və İslam Respublikasının proksi qüvvələri şəbəkəsi Yaxın Şərqdən kənarda hücum təhlükəsini artırıb. ABŞ Ədliyyə Nazirliyi həmçinin əl-Səadini Avropa və ABŞ-da Amerika maraqlarına və yəhudi hədəflərinə qarşı təxminən 20 hücum və sui-qəsddə iştirak etməkdə ittiham edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar