SON XƏBƏRLƏR

Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib

2026.09.10, 11:15
Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib

İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Xamis-Müşeyt, Əbha və Cizan şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib.

Gunaz.tv

Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki məlumat yayıb.

“Husi terror qruplaşması bu gün Xamis-Müşeyt, Əbha və Cizan şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirib”, – əl-Maliki bildirib.

Koalisiya nümayəndəsi birgə komandanlığın bu hücumlara “məsuliyyətli şəkildə cavab verəcəyini” vurğulayıb.

Hücumların mümkün nəticələri və tələfat barədə məlumat verilməyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar