SON XƏBƏRLƏR

İranın dəstəklədiyi komandirin Sinqapura giriş cəhdi üzə çıxdı

2026.09.10, 19:35
İranın dəstəklədiyi komandirin Sinqapura giriş cəhdi üzə çıxdı

Sinqapur İranın dəstəklədiyi qruplardan birinin yüksək rütbəli komandirinin ölkəyə daxil olmaq üçün bir neçə dəfə viza müraciəti etdiyini açıqlayıb.

Gunaz.tv

Sinqapur Daxili Təhlükəsizlik Departamentinin 2026-cı il terror təhlükəsi üzrə qiymətləndirmə hesabatında bildirilir ki, Məhəmməd Baqir Səd Davud əl-Səədi 2023 və 2024-cü illərdə üç dəfə Sinqapura səfər etmək üçün viza müraciəti edib. Lakin o, heç vaxt bu ölkəyə daxil olmayıb.

Departament ehtimal edib ki, onun Cənub-Şərqi Asiyaya səfərləri terror məqsədləri ilə bağlı ola bilər və Sinqapurda ABŞ və İsrail maraqlarını, eləcə də yəhudi obyektlərini hədəfə almaq planı da mümkün ssenarilərdən biri olub.

ABŞ rəsmilərinin “Kətəib Hizbullah”ın yüksək səviyyəli üzvü kimi tanıdığı əl-Səədi 2026-cı ilin mayında Türkiyədə saxlanılıb və daha sonra ABŞ-a təhvil verilib. Hazırda o, ABŞ-da həbsdədir.

“Kətəib Hizbullah” İraqda fəaliyyət göstərən şiə silahlı qrupudur və Həşdi Şəəbinin tərkibinə daxildir. Qrupun İran tərəfindən maliyyə və hərbi dəstək aldığı bildirilir.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar