SON XƏBƏRLƏR

Yəmən Baş naziri: Husilərin gərginliyi İranın gündəliyi ilə bağlıdır

2026.09.12, 21:36
Yəmən Baş naziri: Husilərin gərginliyi İranın gündəliyi ilə bağlıdır

Yəmən Baş naziri Husilərin son günlərdəki gərginliyinin ölkənin daxili sərhədlərini aşdığını bildirib.

Gunaz.tv

Yəmən Baş naziri Şaye Möhsen əl-Zəndani şənbə günü, sentyabrın 12-də Ədəndə keçirilən hökumət iclasında Husilərin son günlərdəki gərginliyinin “İranın gündəliyi” ilə bağlı olduğunu və bunun Yəmənin daxili məsələlərindən kənara çıxdığını bildirib.

Əl-Zəndani deyib ki, bu addımlar Yəmənin strateji mövqeyindən istifadə etməklə regionun təhlükəsizliyinə və beynəlxalq gəmiçiliyə təhdid yaradır və vəziyyəti “genişmiqyaslı və təhlükəli” mərhələ kimi qiymətləndirib.

O, həmçinin vurğulayıb ki, son günlərdə baş verən hərbi hadisələr qarşıdurmanın başa çatması və ya nəticəsinin müəyyənləşməsi anlamına gəlmir. Onun sözlərinə görə, Yəmən hökuməti qüvvələri yenidən təşkil etməli, resursları səfərbər etməli, dövlət qurumlarının birliyini qorumalı və təşəbbüsü yenidən ələ almalıdır.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar