SON XƏBƏRLƏR

İranda ərəb şair həbs edildi

2026.09.14, 16:16
İranda ərəb şair həbs edildi

Xuzistan əyalətinin Şuş şəhərində yaşayan ərəb şair və mədəni fəal Məhəmməd Kəbi (Əbu İdris) həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun həbs səbəbi və hara aparıldığı barədə ailəsinə məlumat verilməyib.

Şairin yaxınları onun həbsinin dinc mədəni və milli kimlik zəminindəki fəaliyyətləri ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Bu, son günlər ərəb fəallara qarşı repressiyaların artması fonunda baş verib.

Bir neçə gün əvvəl isə Mehdi Nasiri və Arif Nəsiri adlı başqa ərəb milli fəallar həbs edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar