SON XƏBƏRLƏR

Atom Enerjisi Agentliyinin konfransı İransız başladı

2026.09.14, 17:34
Atom Enerjisi Agentliyinin konfransı İransız başladı

Vyanada Atom Enerjisi Agentliyinin konfransı İran nümayəndə heyətinə viza verilməməsi fonunda başladı.

Gunaz.tv

Beynəlxalq Atom Enerjisi Agentliyinin 70-ci Baş Konfransı bazar ertəsi Vyanada başladı. Lakin İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və ölkə nümayəndə heyətinə viza verilməməsi toplantıya kölgə salıb.

ABŞ nümayəndəsi Vaşinqtonun İslaminin konfransda iştirakına icazə verilməsi ilə bağlı güzəşt tələbinə qarşı çıxdığını bildirib. O deyib ki, İran nüvə təhlükəsizliyi sahəsində “mənalı” əməkdaşlıq etmədən Agentliyin toplantılarından təbliğat məqsədləri üçün istifadə edə bilməz.

Avstriya nümayəndəsi də İran nümayəndə heyəti üçün güzəşt tələbinin “razılığın əldə olunmaması” səbəbindən rədd edildiyini bildirib.

İran nümayəndəsi isə bu qərarı “İranın hüquqlarının ciddi şəkildə pozulması” adlandıraraq qərarın ləğv edilməsini tələb edib.

Konfrans sentyabrın 18-dək davam edəcək. Toplantıda İranın nüvə proqramı, təminat yoxlamaları və nüvə təhlükəsizliyi də daxil olmaqla müxtəlif məsələlər müzakirə olunacaq.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar