SON XƏBƏRLƏR

Qəzvində qadın motosiklet sürücülərinə qarşı tədbir görülməsi tələb edildi

2026.09.14, 20:57
Qəzvində qadın motosiklet sürücülərinə qarşı tədbir görülməsi tələb edildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Qəzvin şəhərinin imam cüməsi “açıq-aşkar şəhər qayda pozuntuları” adlandırdığı halları tənqid edərək qadın motosiklet sürücülərinə qarşı dərhal tədbir görülməsini və qızlarla oğlanların bir yerdə oturduğu kafelərin bağlanmasını tələb edib.

O, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilmədiyini qeyd edərək deyib: “Əgər bir qadının motosiklet sürdüyü görülərsə, polis həmin yerdə onu saxlamalıdır; çünki onun sürücülük vəsiqəsi yoxdur və qanunsuz iş görür.”

Hüseyn Müzəffəri bu məsələni hicab məsələsindən ayrı şəkildə irəli sürdüyünü vurğulayaraq deyib: “Qanunsuz işlər görülməməlidir.”

O, həmçinin şəhərdə kafelərin sayının artmasını tənqid edərək lisenziyası olmayan kafelərin bağlanmasını tələb edib və bələdiyyədən ictimai ərazilərdə masa və stul yerləşdirən kafelərə qarşı tədbir görülməsini istəyib.

Qəzvin imam cüməsi belə məkanlarda qızlarla oğlanların bir arada olmasının ictimai mədəniyyətə təsir etdiyini iddia edib və bu tədbirlərin “təcili” şəkildə həyata keçirilməli olduğunu bildirib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar