SON XƏBƏRLƏR

Hörmüz boğazında "Alqaya" tankerinə hücum edilib - CENTCOM

2026.09.15, 09:09
Hörmüz boğazında "Alqaya" tankerinə hücum edilib - CENTCOM

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Panama bayrağı altında üzən "Alqaya" tankerinin Hörmüz boğazında partlaması iddiasını təkzib edib.

Gunaz.tv

Bununla bağlı paylaşım hərbçilərin "X" sosial şəbəkəsindəki səhifəsində edilib.

CENTCOM-un məlumatına görə, tanker hələ avqustda İranın raket zərbəsi nəticəsində sıradan çıxarılıb.

"Bu həftə sonu İran Oman sahillərində sularda olarkən tankeri yenidən dronla vurub. Tanker hazırda regional tərəfdaş tərəfindən yedəklənir", - açıqlamada deyilir.

Daha əvvəl SEPAH Hörmüz boğazının cənub zonasından keçməyə çalışarkən gəminin minaya düşdüyünü bildirib. Gəmidə yanğın baş verib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar