SON XƏBƏRLƏR

Xuzistanda daha iki mədəni fəal saxlanıldı

2026.09.15, 10:13
Xuzistanda daha iki mədəni fəal saxlanıldı

İranda ərəb mədəni fəallara qarşı təzyiqlərin davamında opoerator və mədəni fəal Mehdi Xalidi və keçmiş siyasi məhbus Casem Səvaedi həbs edilib.

Gunaz.tv

Bu barədə Karun insan haqları təşkilatı məlumat yayıb.

Xuzistan əyalətinin Şuştər və Həmidiyyə şəhərlərində yaşayan mədəni fəalların kəşfiyyat məmurlarının saxladığı bildirilib.

Onlarən həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.

Qeyd edək ki, bu, son bir həftə ərzində həbs olunan dprdüncü fəaldır. Bundan əvvəl Arif Nasiri, Mehdi Nasiri və Məhəmməd Kəbi də saxlanılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar