SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Husilərə hava zərbələri endirib

2026.09.15, 11:15
Səudiyyə Ərəbistanı Husilərə hava zərbələri endirib

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şimalındakı Səada əyalətində husilərin nəzarətində olan ərazilərə yeddi zərbə endirib.

Gunaz.tv

Bu barədə Husilərə yaxın SABA agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələrdən ikisi əyalətin inzibati mərkəzi olan Səada şəhərinin güneyinə endirilib.

"Ənsar Allah" hərəkatının sözçüsü Yəhya Səriya bildirib ki, husilər Səudiyyə aviasiyasına qarşı yerli istehsal olan zenit raketlərindən istifadə ediblər.

Onun iddiasına görə, Səadaya hücumda "Typhoon" və F-15 qırıcılarından istifadə olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar