SON XƏBƏRLƏR

İsveç İran səfirliyinin işçisini ölkədən qovdu

2026.09.17, 09:23
İsveç İran səfirliyinin işçisini ölkədən qovdu

İsveç hökuməti İslam Respublikasının Stokholmdakı səfirliyinin bir işçisini "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası ilə uyğun olmayan" hərəkətlərə görə ölkədən çıxarıb və İran səfirini izahat üçün Xarici İşlər Nazirliyinə çağırıb.

Gunaz.tv

Bu barədə İsveç Ədliyyə Naziri Qunnar Stromer bildirib.

Ölkədən qovulan işçinin kimliyi açıqlanmayıb, ancaq İsveç Ədliyyə Nazirliyi qovulmanın səbəbi kimi Tehranın İsveç ərazisindəki yəhudi və İsrail maraqlarına qarşı təhdidlərini göstərib.

Stromer açıqlamasında bildirib ki, İslam Respublikası uzun müddətdir ki, İsveçin təhlükəsizliyini təhdid edən və İran hökumətinin əleyhdarlarını hədəf alan fəaliyyətlər həyata keçirir; onun sözlərinə görə, Tehran bunu etmək üçün yerli İsveç cinayətkar şəbəkələrindən istifadə edib.

İsveç Kəşfiyyat və Təhlükəsizlik Xidməti əvvəllər İslam Respublikasının İsveçdə İsrailə və onun əleyhdarlarına qarşı zorakılıq aktları həyata keçirmək üçün İsveç cinayətkar dəstələrindən istifadə etdiyini bildirmişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar