SON XƏBƏRLƏR

İran müxaliflərinə dəstək verilsin- Bennet

2026.09.17, 11:33
İran müxaliflərinə dəstək verilsin- Bennet

Bennet İran rejimi əleyhdarlarına maliyyə dəstəyi verilməsinə, təlimi və təchiz olunmasına çağırıb.

Gunaz.tv

İsrailin keçmiş baş naziri Naftali Bennet İslam Respublikası ilə mübarizə yolları ilə bağlı açıqlamasında İran rejiminə qarşı çıxan qrupların gücləndirilməsinə və təchiz olunmasına çağıraraq, onlara İslam Respublikası ilə mübarizə aparmaq üçün lazımi imkanların təmin edilməli olduğunu vurğulayıb.

“İranda müxalifət qrupları var; onlara dəstək verin. Onlara güc verin, vasitələr verin. İranın hər yerdə düşmənləri var; onlara güc verin ki, İranla mübarizə apara bilsinlər”,- o deyib.

Bu qrupların necə gücləndirilə biləcəyi sualına cavab olaraq, İsrailin keçmiş baş naziri əlavə edib: 

“Onlara maliyyə verirn, onları öyrədin. Hər şeyi demək istəmirəm, amma bunun yolları var”.

Bennet çıxışında konkret bir qrupun adını çəkməsə, dediyi dəstək və vasitələr haqqında əlavə məlumat verməsə də, onun əsasən İran hökumətinə müxalif kürd qruplaşmalarını nəzərdə tutduğu ehtimal olunur.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar